8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlunun guya Vətənə qayıtmaq istməməsi barədə Ermənistan mətbuatında yenidən həqiqətəuyğun olmayan məlumatlar yayılmışdır.
Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində, bu ilin noyabr ayının 15-dən 16-na keçən gecə Azərbaycan Respublikasının Füzuli rayonu istiqamətində, qoşunların təmas xəttində baş vermiş atışma zamanı şəhid olmuş və meyidi Ermənistan hərbçilərinin əlinə keçmiş Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü Şəmilov Orxan Fərhad oğlunun meyidi 19 noyabr 2008-ci il tarixdə, Ağdam rayonu, Baş Qərvənd kəndi istiqamətində qaytarılmışdır.
Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülmüşdür.