Tofiq İsmayıl oğlu Hacıyev
Anadan olduğu yer: Azərbaycan Respublikası, Cəbrayıl rayonu, Soltanlı kəndi
Təvəllüdü: 01.05.1936
Təhsili: Azərbaycan Dövlət Universiteti, dilçi
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.02.06 - Türkoloq
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, dilçilik
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 302
Xaricdə çıxmış elmi əsərlərin sayı: 28
Əsas elmi nailiyyətləri:
Azərbaycan ədəbi dili tarixinin proqram və dərsliyini hazırlayıb.
Azərbaycan ədəbi dili tarixinin elmi dövrləşdirilməsini verib.
Azərbaycan dili üslublarının tarixi təşəkkülünü müəyyənləşdirib və tarixi inkişafını tədqiq edib. Tarixi üslubiyyatın əsasını qoyub. "Dədə Qorqud kitabı"nın bədii dili və tarixi, filoloji məzmunu ilə baplı tədqiqləri, qorqudşünaslığa gətirdiyi "qorqudçu ozan" anlayışı diqqəti çəkir.
"Molla Nəsrəddin"in dili və üslubunun mükəmməl tədqiqi də ona məxsusdur.
Kadr hazırlığı: elmlər namizədlərinin sayı: 14 elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları:
- Azərbaycan ədəbi dili tarixi (1976);
- Sabir: qaynaqlar və sələflər (1980);
- "Molla Nəsrəddin"in dili və üslubu ()1983;
- Azərbaycan ədəbi dili tarixi. II h. (1987);
- Dədə Qorqud: dilimiz, düşüncəmiz (1999).
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
Sovet Türkoloqlar Komitəsinin üzvü; SSRİ universitetləri ali filoloji elmi-metodik şurasının üzvü (1976-1983); Atatürk Kultur , Dil və Tarix Yüksək Qurumu - Türk Dil Qurumunun həqiqi üzvü (şərəf üyəsi) - 1996
Təltif və mükafatlar:
Əməkdar Elm Xadimi - 1999;
Türk Cümhuriyyətinin "Ləyaqət nişanı" ordeni - 1998;
Türk Cümhuriyyətinin "Türk dünyasına hizmet" ödülü - 2002.
Pedaqoji fəaliyyəti: 1962-ci ildən ali məktəbdə işləyib.
İş yeri və ünvanı: Bakı Dövlət Universiteti. Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küçəsi, 23
Vəzifəsi: Türkologiya kafedrasının müdiri
Xidməti tel.: (994 12) 4390469
Mənbə:Azərbaycan Milli Elimlər Akademiyası

