Laçın rayonu
İşğal olunğuşdur 1992 - ci il 18 may Ərazisi 1875 km2 Əhalinin sayı 60000
Şəhid olmuşdur 259 Əlil olmuşdur 225
Milli qəhramanlar 6
Erməni işğalçıları tərəfindən dağıdılmış, yandırılmış və talan olmuşdur:
• Mədəni - məişət obyekti 575
• Qəsəbə və kənd 26
• Şəhər, qəsəbə və kənd 10
• Tarixi abidə 12
Laçın rayonu 1930-cu ildə təşkil edilmişdir. Bu rayon qərbdən Ermənistan ilə həmsərhəddir. Sahəsi 1835 km2 , əhalisi 51 mindir. Rayonda 1 şəhər, 120 kənd var. Mərkəzi Laçın şəhəridir.
Təbiət. Səthi dağlıqdır. Rayonun şərqində Qarabağ yamacları, şimalında Mıxtökən silsiləsi yerləşir. Cənub-qərb hissəsini Qarabağ yaylası tutur. Rayonun ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Rayonda yura-antropogen çöküntüləri yaylmışdır. Faydalı qazıntıları: müxtəlif tikinti materialları və s. Narzan tipli mineral bulaqlar var. Ərazinin çox yerində qışı quraq keçən mülayim-isti və soyuq iqlim üstündür. Orta temperatur yanvarda 0-dan-100C-yə dək, iyunda 10-220C-dir. İllik yağıntı 600-900 mm. Rayonun əsas çayı Həkəridir. Əsasən,çimli dağ-çəmən,qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqları yayılmışdır. Bitki örtüyü və seyrək-meşəli çəmənliklərdən,enliyarpaqlı dağ meşələrindən(palıd,vələs,fıstıq), subalp və alpçəmənliklərindən ibarətdir. Alçaq dağlıq yerlərdə seyrək ardıc meşələri var. Meşələrin ümumi sahəsi 33,3min ha-dır. Heyvanları: qayakeçisi,cüyür,çöldonuzu,sincab,süleysin,çölsiçanı və s. Rayonun yasaqlığı (Laçın yasaqlığı) var.
Əhali . Orta sıxlıq 1km2-da 27,8 nəfərdir (1981). Ən iri yaşayış məntəqəsi Laçın şəhəridir.
Təsərrüfatı. İqtisadiyyatında heyvvandalıq əsas yer tutur. 23 sovxoz var idi(1981). Kənd təsərrüfatına yararlı torpaqlar 76 min ha-dır (1980); bunun 11,1 min ha-ı şum yeri, 0,3 min ha-ı çoxillik bitkilər, 2,7 min ha-ı dincə qoyulmuş torpaqlar, 5,2 min ha-ı biçənəklər, 56,7 min ha-ı otlaqlardır. 10 min ha əkin sahəsinin 33%-də dənli və dənli paxlalı bitkilər, 67%-də yem bitkiləri əkilir (1981). 46,2 min qara mal (o, cümlədən 14,9 min inək və camış), 205,9 min davar var idi(1981). Kökəltmə birliyi yaradılmışdır. R-da yağ-pendir, məişət xidməti kombinatları, afsalt-beton, çörək, süd zavodları, Respublikanın Dövlət K.T. İstehsal - Texniki Təminat Komitəsinin şöbəsi, meşə təsərrüfatı var idi. Nəqlyyat. avtomobil yolları ilədir. Yevlax-Naxcıvan avtomobil yolu rayonun ərazisindən keçir.
Mədəni quruculuq və səhiyyə. Rayonda məktəbəqədər müəssisədə 93 uşaq tərbiyə olunurdu. 17 ibtidai, 36 səkkizillik, 36 orta maktəbdə 14400,həmçinin 1 kənd məktəbində252 şagird təhsil alırdı. Rayonda 54 klub müçssisəsi, 67 kitabxana (310 min kitab) 34 kinoqurğu fəaliyyət göstərirdi. Me'marlıq abidələrindən Hocaz k-də mağara - mə'bəd ,cimcimli k-ndə Məlikəcdər türbəsi, Zeyvə k-də Kafir qalası, Sultan Baba türbəsi,Şeyx Əhiməd türbəsi, Qırışqıraq k-də məsçid,Hüsürlü k-də Həmzə Sultan sarayı, Həkri çayı üzərində körpü, Ağoğlan çayı üzərində məbəd, Güləbird k-də türbə qalmışdır. Rayonda 470 çarpayılıq 13 xəstəxana, 30 feldşer -mama məntəqəsi, sanitariya-epidemoloci st., 52 həkim, 287 orta tibb işçisi var idi.

