İŞĞAL OLUNMUŞ ƏRAZİLƏRİN TƏBİİ EHTİYAT POTENSİALI
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu.Hal-hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.
Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur.
Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.
Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyibdir. Bəhs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib.
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi.
Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir.
Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən Xarı bülbül Qarabağın rəmzi hesab olunur.
İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir. Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal olunmuş rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısı aşağıdakı cədvəldə verilir.
Azərbaycan Respublikasının ermənilər tərəfindən işğal
olunmuş rayonlarında yerləşən faydalı qazıntı yataqlarının siyahısı
Ağdərə
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| qızıl | 1.Qızılbulaq | 13,6 vahid |
|
| Qurğuşun | 1 .Mehmana | 37,3 m.t. |
|
| Sink |
| 40,4 m.t. |
|
| Mis | 1. Dəmirli |
| 1000 |
| Mişar daşı | Ağdərə | 38080 min m3 |
|
| Gəc | Ağdərə | 200 min t |
|
| Şirin yeraltı sular | Ağdərə |
| 126,6 min m3/gün |
Şuşa rayonu
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Üzlük daşı | Şuşa | 1140 min m3 |
|
| Gil | Şuşa | 397 "-" |
|
| Tikinti daşı | Şuşa kəndi | 12434 min t. |
|
| Şirin yeraltı sular |
|
| 3,89 min m3/gün |
| Mineral sular | Şirlan | 342 m3/gün |
|
Xocalı rayonu
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Gil | Xocalı | 962 min m3 |
|
| Üzlük daşı | Zərinbax | 24 "-" |
|
| Qum-çınqıl | Xankəndi (Əskəran) | 7280 "-" |
|
| Şirin yeraltı sular | Xankəndi ərazisi | 9min m3 /gün |
|
Xocavənd rayonu
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Üzlük daşı | Ediş | 2034 min m3 |
|
| Tikinti daşı | Xocavənd | 990 "-" |
|
| Şirin yeraltı sular | Xocavənd |
| 90,33 min m3/gün |
Kəlbəcər
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Qızıl | 1.zod (söyüdlü) | 112,5 vahid | |
| Civə | 1.Ağyataq | 190 t. | |
| Mişar daşı | 1.kilsəli | 10927 min m3 |
|
| Gil | 1.keşdək | 1312 "-" |
|
| Perlit | 1.keçəldağ | 4473 "-" |
|
| Qum-çınqıl | 1. çəlli | 2540 "-" |
|
| Tikinti daşları | 2. yataq |
| 12,34 mln m3 |
| Üzlük daşları | 3. yataq |
| 2,2 mln m3 |
| Əlvan daşlar: |
|
|
|
| - obsidian | 1. yataq |
| 2337 t. |
| - oniks | 4. yataq |
| 1756 t. |
| - pefritoid | 2. yataq |
| 801 t. |
| - listvenit | 1. Yataq |
| 1067 m3 |
| Mineral sular | Yuxarı istisu | 825 m3/ gün | |
Laçın
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Civə | 1. Çilkəz | 733,8 t. | |
| Mişar daşı | Əhmədli | 4752 min m3 |
|
| Üzlük daşı | Hoçaz | 2533 "-" |
|
| Tikinti daşı | Laçın | 4457 "-" | |
| Gil | Novruzlu | 998 "-" |
|
| Qum-cınqıl | Yuxarı-Əkərəçay | 15794 "-" |
|
| Pemza | Quşçu | 2144 "-" |
|
| Vermukulit | 3 yataq |
| 10449 min t. |
| Pemza və vulkan gülü | 17 yataq |
| 46,2 mln m3 |
| Əqiq | 1 yataq |
| 10 t. |
| Jad | 1 yataq |
| 0,9 t. |
| Üzlük daşları | 4 yataq |
| 14,7 mln m3 |
| Mineral sular | Minkənd | 4300 m3/gün |
|
Qubadlı
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Mişar daşı | Hacılı | 6118 min m3 |
|
| Gil | Xanlıq | 990 min m3 |
|
| Tikinti daşı | 3 yataq |
| 3,0 mln m3 |
| Üzlük daşı | 5 yataq |
| 18,4 mln m3 |
| Əlvan daşı | 1 yataq |
| 1,1 min t. |
| Şirin yeraltı sular | Qubadlı |
| 84 min m3/gün |
Zəngilan
| Faydalı qazıntının növü | Faydalı qazıntı yatağının adı | Ehtiyatlar | |
| Sənaye proqnoz | |||
| Qızıl | Vejnəli | 6,5 t.(mis-3,0 m.t.) |
|
| Üzlük daşı | Oxçuçay | 6618 min m3 |
|
| Soda istehsalı üçün əhəng daşı | Zəngilan | 129833 "-" |
|
| Gil | Zəngilan | 1102 "-" |
|
| Tikinti daşı | Bartaz-1 | 3903 "-" | |
| Qum-çınqıl | Zəngilan | 17367 "-" |
|


